A

UNEC tələbəsinin layihəsi X Avrasiya Gənclərin İqtisadi Forumunun final mərhələsinə qəbul olunub.

Ural Dövlət İqtisad Universitetinin təşkil etdiyi forumun final mərhələsinə 104 ölkədən təqdim olunan 1000 layihədən yalnız 51-i iştirak hüququ qazanıb. Biznes və menecment fakültəsinin 2-ci kurs tələbəsi Asiman Zeynalovun müsabiqəyə təqdim etdiyi layihə “Vahid iqtisadi zona” adlanır. Layihədə vahid iqtisadi zonanın yaradılmasının əhəmiyyəti, regionun inkişafına, eləcə də  biznes mühitinin yaxşılaşdırılmasına təsirindən bəhs olunur. Zonanın sosial-iqtisadi inkişafın təmin edilməsi, işsizlik səviyyəsinin azaldılması baxımından əhəmiyyəti təhlil edilir.

Müsabiqənin finalı aprelin 16-18-də Yekaterinburq şəhərində Ural Dövlət İqtisad Universitetində keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay