A

5-8 aprel tarixlərində Pullman otelində UNEC-in böyük sayda tələbələrinin qatıldığı Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Prorqamının Azərbaycan nümayəndəliyi tərəfindən artıq ənənəvi olaraq, hər il keçirilən BMT Modeli üzrə (Model United Nations) konfransı - III MilliMUN baş tutub.

Açılış mərasimində bir sıra dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmiləri iştirak edərək BMT Modelinin ölkə üçün əhəmiyyətini vurğulamışdırlar.

Bu 4 gün ərzində iştirakçılar BMT qurumlarının simulyasiyasında, müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri olaraq siyasi və iqtisadi sahələr üzrə diplomat kimi özlərini inkişaf etdirmək imkanı əldə etdilər.

Bu ilki MilliMUN-da BMT-nin 4 təsisatının fəaliyyəti əks olunmuşdur: Baş Assambleya, BMT-nin Qadınlar üzrə Agentliyi, Təhlükəsizlik Şurası və BMT-nin Ətraf Mühit Proqramı.

Bir çox ölkələrlə yanaşı, Azərbaycanda da BMT modeli, "Model Unıted Nations", hərəkatı fəaliyyət göstərərək, ölkə gənclərinin öz dövlətlərini dünya arenasında layiqincə təmsil etməsində ilkin fundament rolunu oynayır. Hal-hazırda Azerbaycanın 4 Ali təhsil müəssisəsində BMT modeli klubları fəaliyyət göstərir. Azərbaycan Dövlət İqtisad Universitetində 2015-ci ildən fəaliyyətə başlamış UNEC MUN klubu mütəmadi olaraq öz ənənəvi konfranslarını həyata keçirir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay