A

Dekabrın 24-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, UNEC-in İnklüziv Təhsil Mərkəzinin və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərəfdaşlığı ilə “Gənclərin innovasiya layihəsi” start götürüb.

Layihənin ilk mərhələsi olan “Planting trees and friendships in Azerbaijan” adlı ağac əkmə tədbiri 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbində baş tutub.

Aksiyada Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbin direktoru Gülnarə Abdullayeva, UNEC-in İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, layihənin rəhbəri Mirgünay Bayramova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, həmçinin internat məktəbinin şagirdləri və Xüsusi Olimpiya Komitəsinin idmançıları iştirak ediblər.

Qeyd edək ki, “Gənclərin innovasiya layihəsi” 52 ölkədən təqdim edilən layihələr arasından seçilən 79 layihədən biri olub. Layihənin əsas məqsədi qlobal sferada inklüziv inkişafın gənclər arasında dəstəklənməsi, məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası və gələcəyə yönümlü gənc liderlərin yetişdirilməsidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay