A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) onlayn iclası keçirilib.

UNEC THİK sədri, sədr müavinləri, fakültə sədrləri və klub rəhbərlərinin onlayn rejimdə iştirakı ilə keçirilən iclasda koronavirus pandemiyasının yaratdığı şəraitdə distant formada keçirilə biləcək tədbirlər haqqında müzakirə aparılıb və onlayn tədbirlər planı hazırlanıb. Görüşdə sosial durumu aşağı olan tələbələrə diqqətin daha da artırılması üçün təkliflər səsləndirilib.

THİK sədri Rüfət Süleymanlı  ölkədə koronavirusla bağlı yaranan mövcud durumu nəzərə alaraq, UNEC THİK-in fəaliyyətinin bütünlüklə onlayn təşkil olunacağını qeyd edib. UNEC-də tətbiq olunan yeniliklərin və universitet barədə məlumatların mütəmadi olaraq işıqlandırılması və geniş ictimaiyyətə çatdırılması məqsədilə UNEC THİK-in sosial şəbəkələrdəki səhifələrinin daha da operativləşdirilməsinin vacibliyi bildirilib, eləcə də mövcud durumla bağlı maarifləndirici sosial layihələrin hazırlanmasının önəmi diqqətə çatdırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay