A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin kollektivi Vətən müharibəsi qazisi, “İnformasiya texnologiyaları” ixtisası üzrə 2020-ci il məzunu Zaur Kəlbiyevi ziyarət edib.

Fakültənin dekan vəzifəsini icra edən dosent Elman Cəfərov və fakültə Həmkarlat Təşkilatının sədri Sevda Hacızadə Ramazan bayramı münasibətilə qazini və ailəsini təbrik ediblər.

“Bu əziz bayramda təhsil aldığım universitetinin kollektivini görmək məni çox sevindirdi” – deyən qazimiz, tələbəlik dövründə yaddaqalan maraqlı xatirələrini bölüşüb. Elman müəllim Zaurun  universitetdə öz nizam-intizamı ilə, dərslərinə qarşı məsuliyyətli və nümunəvi davranışına görə fərqləndiyini, fakültə rəhbərliyi və müəllimlərinin rəğbətini qazandıını deyib.

Sonra Zaur Kəlbiyev döyüş yolundan da danışıb. II Qarabağ müharibəsində Fizuli, Cəbrayıl və Xocəvənd istiqamətlərdəki döyüşlərdə iştirak etdiyini, noyabrın 8-də Xocəvəndin Qacar kəndi yaxınlığındakı yüksəkliklər uğurunda gedən döyüşdə mina atan mərminin düşməsi nəticəsində ağır yaralandığını deyib. Yaralanan  zaman ilk tibbi yardımı Füzuli rayonunda yerləşən Diaqnostika mərkəzində alan Zaur sonra, Bakıda müalicəsini davam etdirib, 5 dəfə sümük və dəri köçürmə əməliyyatı olunub.

Görüşdə 44 günlük müharibədə qazanılan zəfərdən danışılıb, vətən uğrunda canını fəda edən şəhid və qazilərimizin hər birinin döyüş yolunun qəhrəmanlıq dastanı olduğu bildirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay