A

UNEC Karyera Mərkəzi və “UNEC Future Club”ın birgə təşkilatçılığı ilə icra olunan “Motivasiyanı özümüzdən alaq” layihəsi çərçivəsində növbəti vebinar keçirilib.

Vebinar məşhur Microsoft şirkətinin Belçika təmsilçiliyndə çalışan soydaşımız Ramin Şəfaqətovun təqdimatı ilə başlayıb. Ramin Şəfaqətov öncə təmsiçisi olduğu Microsoft şirkətinin iş təcrübəsi barədə danışıb. Sonra özünün karyera yüksəlişi və Microsoft şirkətindəki fəaliyyəti barədə məlumat verib.

“UNEC Future Club”un koordinatoru Murad Ələsgərli bildirib ki, vebinara UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisasının tələbələri və digər universitetlərin İT sahəsində təhsil alan tələbələri qatılıblar. Vebinarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Motivasiyanı özümüzdən alaq” layihəsinin ilkin mərhələsində Azərbaycan universitetlərində İT ixtisası üzrə təhsil alan tələbələrin bu sahə üzrə uğurlu karyera quran, beynəlxalq şirkətlərdə çalışan şəxslərlə görüşləri keçirilir. Növbəti mərhələlərdə isə beynəlxalq İT şirkətləri ilə təcrübə mübadilələri təşkil olunacaq. Layihə çərçivəsində tələbələrə beynəlxalq İT şirkətləri ilə kommunikasiya qurmaq və təcrübə mübadiləsi aparmaq imkanları yaradılacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay