A

Aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbə heyəti qondarma erməni soyqırımı münasibəti ilə Quba şəhərindəki soyqırım məzarlığını ziyarət ediblər. Bildirilib ki, uydurma erməni soyqırımı ortaya atıldıqdan sonra bölgədə ermənilər tərəfindən bir sıra təcavüzlər olub, minlərlə dinc insanın qanı tökülüb. Qondarma erməni soyqırımı yalan və iftiralar üzərində qurulan bir siyasi ideologiyadır və xalqlar arasında düşmənçilik toxumu səpməyə xidmət edir. Bu ideologiya həmçinin müharibəni tərənnüm edir. Nəhayət, bu iftira antitürk ideologiyası olmaqla, Türkiyə və Azərbaycana yönələn düşmənçilik hissidir. Hər bir Türk və Azərbaycan vətəndaşının müqəddəs borcu belə qondarma iddiaları ifşa etməkdir.

Tələbələrə 1918-ci ildə ermənilərin Qubada törətdiyi qırğınlar barədə ətraflı məlumat verilib. Günahsız insanların xüsusi işgəncələrlə qətlə yetirilməsi faktları ilə tanış olan tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini yad edib, məzarlığa gül dəstələri qoyublar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR