A

Türkiyənin Qazi Universitetinin professoru Selahaddin Eyyubi və İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı Prof. Dr.Mehmet Yeşiltaş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Türk Dünyası İşlətmə fakültəsi  və İqtisadiyyat və İşlətmə kafedrasının idarə heyəti ilə görüşdə Selahaddin Eyyubi iki universitet arasında birgə elmi təqdiqat işlərinin aparılması, akademik heyətin mübadiləsi və potensial əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.Sonra Prof. Dr. Mehmet Yeşiltaş turizm ixtisasında təhsil alan tələbələrə turizmin müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahə olması ilə bağlı geniş məlumat verib. Muhazirədə turizmin inkişafı, dünya və Türkiyə turizminin müqayisəsi, turizm təşviq qanunları, siyasi problemlərin turizm sektoruna təsiri, Azərbaycanın turizm potensialı, ölkəmizdə turizmin inkşafına təsir edən faktorlarla bağlı mövzulardan da bəhs edilib.Mühazirədə tələbələri ən çox maraqlandıran məsələlərdən biri Azərbaycanda turizmin inkşafina təsir edən faktorlar olub.Turizmin inkşafına təsir edən amillərdən bəhs edən professor bunun üçün ilk növbədə turizm bölgələrinin master planlarının hazırlanmasının vacibliyini vurğulayıb.Tələbələrlə turizm sektoruna mənfi təsir göstərən amillərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparan professor, onların mövzu ilə bağlı suallarını cavablandırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR