A

Aprelin 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramında təhsil alan tələbələrlə görüşüb.

Rektor bildirib ki, beynəlxalq proqramın ölkəyə gətirilməsində məqsəd xaricdəki təhsilin Azərbaycanda tətbiq edilməsidir. Gənclərin dünya standartlarına cavab verən təhsil ala bilmələri üçün prosesin davam etdiriləcəyini bildirən rektor, Fransanın nüfuzlu Montpellier Universiteti ilə əldə edilən ikili diplom razılaşmasından söz açıb: “Məqsədimiz tələbələrimizə seçim verməkdir. İstəyirik onlar UNEC-lə yanaşı, dünyanın ən nüfuzlu universitetlərinin diplomunu da əldə edə bilsinlər”.Görüşdə rektor tələbələrin yay imtahan sessiyasına hazırlığı ilə maraqlanıb. Onlar imtahanlara hazır olduqlarını bildiriblər. Tələbələrin imtahanları müvəffəqiyyətlə verəcəyi təqdirdə müəllimlərin mükafatlandırılması nəzərdə tutulub.Qeyd edək ki, imtahan nəticələri London Universiteti/London İqtisadiyyat Məktəbində yoxlanılacaq.Tədris prosesindən danışan tələbələr burada gözləntilərinin doğrulduğunu bildiriblər. Rektor gələcəkdə bir neçə fənn üzrə dərsin açıq keçirilməsi və ya “Youtube”sosial şəbəkəsində yerləşdirilməsini tövsiyə edib. Tələbələrə LSE ailəsinin bir üzvü olduğunu hiss etdirmək üçün London Universiteti/London İqtisadiyyat Məktəbi ilə telekörpünün təşkil edilməsi nəzərdə tutulub. Bakalavr proqramında təhsil alan tələbələrin istehsalat təcrübələrinində fərqli təşkil ediləcəyi bildirilib.Bakalavr proqramında elitar təhsilin tədris edildiyi vurğulanaraq, qeyd edilib ki, müraciətlərin sayına baxmayaraq, tələbə sayı məhdud olacaq. Bu da məzunların əmək bazarında rəqabətqabiliyyətliliyinə təkan verəcək. Rektor bakalavr proqramında təhsil alan tələbələrin regionda sürətlə inkişaf edən Azərbaycan üçün gərəkli kadrlardan olacağına əminliyini bildirib.Sonda rektor tələbələrə yay imtahan sessiyasında uğurlar arzulayıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR