A

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsi yekunlaşıb. I yerin qalibləri UNEC-in III kurs tələbəsi Kərim Rzabəyli ilə Xəzər Universitetinin III kurs tələbəsi Alpaslan İsmailovun birgə hazırladığı “EcoRise” kompüter oyunu layihəsi olub. Qalibləri təqdim edirik:

-İdeya ilk olaraq necə yarandı?

-Biz Alparslanla məktəbdən dostuq və ideya onundu. Uşaqlıqdan bizim kompüter oyunlarına marağımız olub. Həmişə istəmişəm ki, özüm oyun yaradım, buna görə də çoxlu ssenari yazırdım. Fantastik janrlara üstünlük verirdim. Əvvəlcə inanmırdıq ki, nə isə alına bilər. Lakin sonra gördük ki, ideyamızın reallaşdırılması üçün hər cür şərait və vasitə var.

-Layihənin uğur qazanacağına inanırdınızmı?

-Alpaslan əvvəldən inanırdı ki, layihə qalib gələcək, mən isə artıq finala keçəndə inandım ki, ən azı ilk üçlükdə ola bilərik.

-Oyunun məzmunu belədir: dünyanı virusdan (xəstəlik) xilas etmək. Niyə məhz belə mövzu seçdiniz?

-Bir neçə layihəmiz vardı, amma ilk dəfə bunu təqdim etməyə qərar verdik. Çünki bu oyun dünyanın daha sonra necə ola biləcəyini insanlara göstərir. Hazırda bazarda belə layihə yoxdur. İndiyə kimi bunabənzər fantastik oyunlara maraq olduğuna, həm də oyunun dünyəviliyinə görə inanırıq ki, layihə ugurlu alınacaq. Mövzu qlobal olduğundankifayət qədər alıcımız olacağını düşünürük.

-Oyunu istənilən yaş həddində olanlar oynaya bilər?

-Oyun filter vasitəsilə tənzimlənir, 18 yaşa kimi fərqli, 18 yaşdan yuxarı üçün isə əlavə funksiyalardan istifadə etmək olar. Bu funksiyaya görə hətta ibtidai sinif şagirdləri də rahatlıqla oynaya biləcəklər.

-Oyunu necə əldə etmək olar?

-Oyunun xəritəsi və bütün faylları hazırdır. Oyunun satışınıonline magazalar vastitəsilə dünya bazarına çıxarmağı düşünürük. Ancaq online satışdüşünürük, çünki disklər üşün əlavə vəsait tələb olunur. Təhlükəsizlik tədbiri olaraq isə oyun online olduğuna görə saxta oyun oynayarkən online qoşulmaq mümkün olmayacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR