A

Aprelin 26-da Beynəlxalq Türk Akademiyasının prezidenti professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC rektoru, professor Ədalət Muradovla  görüş zamanı gələcək əməkdaşlıq məsələləri, eyni zamanda Türk Dünyası İqtisadçılar Birliyinin faəliyyəti barədə fikir mübadiləsi aparılıb.

Rektor Ədalət Muradov və akademiyanın rəhbəri Darhan Kıdırali türk dünyası iqtisadçılarının bir araya gəlməsində, onlar arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində, birgə elmi tədqiqatların hazırlanmasında birliyin xüsusi rol oynayacağını bildiriblər.

Görüşdə birliyin rəsmi saytı, loqosu və ensiklopediyanın hazırlanması prosesi və birliyin illik forumunun keçirilməsi müzakirə edilib. Türk Dünyası İqtisadçılar Birliyinin ilk forumunun Azərbaycanda keçirilməsi nəzərdə tutulub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay