A

UNEC-də 2015/2016-ci tədris ilindən tətbiq olunmağa başlayan “Elektron universitet modeli”nin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaf və səmərəli təhsil mühitinin yaradılması və tədris prosesinin idarəedilməsinin müasir tələblər səviyəsində qurulmasıdır.

Elektron universitet sistemi tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi üçün geniş imkanlar yaradır:

  • Fakültələr üzrə dərs cədvəllərinin elektronlaşdırılması və dərs cədvəlləri haqqında müəllim və tələbələrin elektron qaydada məlumatlandırılması;
  • Elektron jurnalların tətbiqi nəticəsində imtahanaqədərki balların (kollokvium, seminar balları, sərbəst işlər və davamiyyət) avtomatik hesablanması;
  • Tədris materiallarının elektron variantının müəllimin şəxsi kabinetində yerləşdirilməsi (mühazirə mətnlərinin, təqdimatların, audio və video materialların və s.);
  • Təqvim-tematik planların və sillabusların elektronlaşdırılması;
  • Tələbələr arasında məmnunluq sorğusunun elektron qaydada keçirilməsi;
  • Differensial əmək haqqı sisteminin tətbiq edilməsi və professor-müəllim heyətinin elmi, pedaqoji və şəxsi inkişaf fəaliyyətlərinin qiymətləndirilməsi;
  • Kollokviumların və imtahanların elektron qaydada keçirilməsi;
  • Universitet üzrə professor-müəllim heyətinin və tələblərin vahid elektron platformasının yaradılması və s.

2015/2016-cı tədris ilinin yaz semestrindən etibarən “Maliyyə və muhasibatlıq” fakultəsi üzrə tam şəkildə tətbiq olumağa başlayan yeni model vasitəsi ilə aşağıdakı nəticələr əldə edilib:

  1. Professor-müəllim heyəti tərəfindən muhazirə mətnlərinin 80%-ə yaxını elekton qaydada şəxsi kabinetlərə yerləşdirilib;
  2. Fakultə üzrə mühazirə dərslərinin 62%-ə yaxını təqdimatlarla həyata keçirilir;
  3. Seminar/məşğələ dərsləri ilə əlaqədar 43%-ə yaxın material (case) sistemə yüklənib;
  4. Dərslərin əvəzedilməsi və boş keçməsi halları fakultə üzrə 3-4% səviyyəsinə çatdırılıb.

Dərs ilinin sonunda boş keçən və üzürsüz səbəbdən əvəz olunan bütün dərslər üzrə müəllimlər göstərilməklə adlı siyahı

www.unec.edu.az

saytında yerləşdiriləcək.Sistemdən əldə edilən məlumatlar əsasında yuxarıda sadalanan göstəricilərin daha da təkminləşdirilməsi istiqamətində müvafiq kafedralarla kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.UNEC-də elektron universitet modelinin daha da təkminləşdirilmiş versiyasının bütün fakultələr üzrə tətbiqinin 2016/17-ci tədris ilindən həyata keçirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR