A

Aprelin 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadçı” voleybol komandası ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Respublika çempionatının ilk oyun mərhələsində qalib gəlib.

UNEC-in “İqtisadçı” voleybol komandası Bakı Slavyan Universitetinin “Slavyan” komandası ilə yarışaraq 2:0 hesabı ilə yarışın növbəti mərhələsinə keçid alıb.UNEC-in “İqtisadçı” futbol komandası da həmin gün Dəniz Balıq kollecinin komandasını 17:4 hesabı ilə məğlub edib.

Qeyd: Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatı Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə keçirilir. Respublika Çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR