A

Aprelin 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat  kafedrasında “Geoiqtisadiyyat” və “Dünya iqtisadiyyatının müasir problemləri” fənləri üzrə hazırlanan proqramların müzakirəsi keçirilib.

Kafedra müdiri, professor İrşad Kərimli respublikada ilk dəfə bu fənlər üzrə proqram hazırlandığını bildirib. Tələbə və magistrlara müasir dünyada baş verən geoiqtisadi və qlobal proseslərin mövcud vəziyyəti, gələcək mənzərəsi, ümumilikdə isə dəyişən dünya haqqında dərin biliklərə yiyələnməkdə istiqamət verməyin önəmini vurğulayıb.Müzakirədə tələbə və magistrlərin geoiqtisadiyyatın müasir problemləri istiqamətində biliklərlə təmin olunmasında bu proqramlar faydalı olacağı bildirilib.Sonda tövsiyələr nəzərə alınmaqla proqramların qrif üçün növbəti mərhələyə göndərilməsi qərara alınıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay