A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəni birgə sevək” adlı yeni layihəyə start verilib. UNEC Tələbə Gənclər Təşkilatının təşkil etdiyi layihə çərçivəsində yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün “Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs olmalıdır” mövzusunda paytaxt gəncləri arasında maarifçilik fəaliyyətinin genişləndirilməsi məqsədi ilə elmi-nəzəri praktik konfrans və təlim təşkil ediləcək.Layihə çərçivəsində keçirilən ilk görüşdə millət vəkili Kamran Nəbizadə UNEC tələbələrinə Azərbaycan həqiqətlərini dünya ictimayyətinə neçə çatdırmalı, Azərbaycan dilində Vikipediyanın inkişafı, regional siyasi vəziyyət və cəbhə xəttindəki aktivlikdən söz açıb. Millət vəkili bütün dövrlərdə olduğu kimi, hal-hazırda da, aktual olan informasiya müharibəsi və bu prosesdə gənclərimizin etməli olduğu məsəllələrdən danışıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay