A

Aprelin 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.UNEC-in Elmi Şurasının yeni tərkibi ilə bağlı təhsil nazirinin əmri səsləndirilib. Daha sonra Şuranın tərkibində komissiyaların yaradılması təklif olunub. Komissiyaların müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcəyi bildirilib.Riyazıyyat kafedrasının müdiri, professor Mustafa Qarayev “Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı kadrların hazırlanmasındakı uzunmüddətli xidmətlərinə, elm və təhsilin inkişafına verdiyi töhfələrə görə” Fəxri Fərmanla təltif edilib.Elm və innovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov “2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyəti haqqında” məruzə edib. Şura üzvləri elmi fəaliyyətin yekunlarını qənaətbəxş qiymətləndirib.UNEC-ə cari ildə elmi fəaliyyət üçün 309 min manat qrant ayrıldığını bildirən rektor, professor Ədalət Muradov, bu il məbləğin iki dəfə artırılmasının universitetin hədəfləri sırasında olduğunu qeyd edib. UNEC-də differensial əmək haqqı sisteminin tətbiqinin pedoqoji heyətin elmi fəaliyyətə maraqlarının daha da yüksəltdiyini bildirilib.Elmi Şura müzakirələrlə davam edib. Şura üzvləri Tələbə Elmi Cəmiyyətinə gənc alimin elmi rəhbər təyin edilməsini təklif ediblər. Şurada Gənc Alimlər Şurasının fəaliyyətinin təkmilləşdirilməsi də tövsiyə edilib.“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri Əvəz Ələkbərov UNEC-də “Professorlar klubu”nun yaradılmasını təklif edib. Təklif üzvlər tərəfindən müsbət qiymətləndirilib.Dissertasiyaların keyfiyyətinə nəzarətin artırılması da Şurada geniş müzakirə mövzusu olub. Elmi tədqiqat işlərinin kafedrada ilkin müzakirəyə çıxarılmamışdan öncə, ekspertiza komissiyasından keçirilməsi qərara alınıb.Elmi Şurada MBA departamentinin ləğv edilərək, onun bazasında UNEC Biznes Mərkəzinin yaradılması qərara alınıb. Distant, qiyabi və əlavə təhsil mərkəzinin strukturuna da dəyişiklik edilib. Əlavə tədris məsələləri qurumdan ayrılaraq, Əlavə Təhsil Mərkəzi, eyni zamanda Distant və Qiyabi Təhsil Mərkəzlərinin yaradılması barədə qərar verilib.Şura üzvləri “Tələbə Rektor” seçkillərinin əsasnaməsində dəyişiklik edib. Bundan sonra, namizədlər fakültə daxilində müəyyənləşəcək. Sonda isə “Tələbə Rektor” açıq səsvermə yolu ilə seçiləcək.İclasda UNEC-də kafedra müdiri və dekanların seçkisi ilə bağlı komissiyanın yeni elmi katibi Dizayn kafedrasının müdiri Lalə Məmmədova seçilib.Sonda müsabiqə müddəti başa çatmış professorların həmin vəzifəni tutmaq üçün Elmi Şurada gizli səsvermə keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay