A

Mayın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin Tələbə Elmi Cəmiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda konfrans keçirilib.

Fakültə dekanı Mirağa Əhmədov Azərbaycan gənclərinin muasir, inkişaf etmiş və yüksək intellektual quvvə kimi formalaşmasında Ulu Öndərin əvəzsiz rolundan danışıb. Ümummilli Liderin müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil etdiyini vurğulayıb.

Konfrans tələbələrin “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Əmtəə siyasətinin təkmilləşdirilməsi marketinq fəaliyyətinin əsası kimi”, “Azərbaycanda turizmin inkişaf perspektivləri” və digər mövzuları ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay