A

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsi AzTV-də yayımlanan MAG verilişində geniş müzakirə edilib. Verilişin qonaqları müsabiqənin qalibləri - UNEC-in III kurs tələbəsi Kərim Rzabəyli, Fəqan Çələbizadə, IV kurs tələbəsi Xəyyam Gözəlov, Xəzər Universitetinin III kurs tələbəsi Alpaslan İsmailov və layihə təşkilatçısı, UNEC-in Marketinq və Kommunikasiya Departamentinin marketoloqu Ramil Cabbarov olub.Verilişdə müsabiqənin məqsədi, seçim və qiymətləndirmə mərhələləri, təqdim edilən ideyalar müzakirə edilib.

Qeyd: “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR