A
Nüfuzlu London Universiteti (University of London) / London İqtisadiyyat Məktəbinin (London School of Economics) bakalavr diplomunu artıq Bakıda əldə etmək mümkündür. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) London Universiteti / London İqtisadiyyat Məktəbinin “Mühasibat və Maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və Menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcəsini UNEC-də qazanmaq məqsədilə 2016/2017-ci tədris ili üçün qəbul elan edir.
Proqram London Universitetinin London İqtisadiyyat Məktəbinin (London School of Economics) tədris planı əsasında ingilis dilində həyata keçiriləcək. Tələbələr UNEC-in diplomu ilə yanaşı, London Universitetinin vahid nümunəli bakalavr diplomunu da əldə edə biləcəklər.Proqrama birinci kursu bitirmiş, Ümumi Orta Müvəffəqiyyət göstəricisi 80 baldan yuxarı olan və ingilis dili tələblərinə cavab verən (IELTS – 6.0, TOEFL – 87, PTE Academic – 57) UNEC tələbələri müraciət edə bilərlər.Daha ətraflı məlumatı mayın 5-də Radio UNEC-də efirə gedəcək “Vizyon+” verilişindən əldə etmək mümkündür.Verilişdə London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramına qəbul qaydaları müzakirə ediləcək.Verilişin qonağı Oxbridge Educational Services şirkətinin rəsmiləri olacaq.Bakıda  London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə etməklə bağlı sualları Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına və ya sosial şəbəkədən rəy yazaraq göndərmək mümkündür.
Veriliş saat 15:00-da efirə gedəcək.Radio UNEC-i dinləmək üçün: 

http://radio.unec.edu.az/

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR