A

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.

Konfrans iştirakçıları Ümummilli Liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgiyə baxış keçirilib.UNEC rektoru, professor Ədalət Muradov Ulu Öndərin həyat yolunun, onun zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Heydər Əliyevin ideyaları sırasında milli mədəniyyətin ayrılmaz hissəsi olan kitabxanaların inkişafı xüsusi əhəmiyyətə malikdir. Ulu Öndərin fikrincə, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında böyük diqqət və qayğısından danışıb.Bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranan mürəkkəb tarixi şəraitdə Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu dövrdə Ulu Öndərin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməsi bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxanaların da məhvinin qarşısını alıb. Ulu Öndərin müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addımı ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunmasıdır.K.Tahirov qeyd edib ki, Ulu Öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından danışmamaq mümkün deyil. Dövlət başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynayıb. K.Tahirov həmin sərəncama əsasən, kitabların 25 min nüsxə tirajla çap olunaraq bütün kitabxanalara hədiyyə verilməsinin oxucuların yenidən kitabxanalara qayıtması üçün real şərait yaratdığını diqqətə çatdırıb.Tədbirdə çıxış edənlər Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən mədəni quruculuq tədbirlərindən, kitabxana işinin təşkilinin prioritet əhəmiyyət kəsb edən, cəmiyyətin mədəni həyatına təsir edən bir amilə çevrilməsindən danışıblar.

Sonda Ulu Öndərin 3 iyun 1995-ci ildə Milli Kitabxanadakı çıxışından hazırlanan qısa film nümayiş etdirilib.Tədbirdə “Azərbaycan xalçaları Qarabağ qrupu” və “Ana dedim, qarşımda gözəl bir səhnə açıldı” kitabları Azərbaycan Milli Kitabxanası tərəfindən UNEC-ə hədiyyə edildi.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR