A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində interaktiv metodlara əsaslanan ingilis dili dərsi keçirilib.

“Azərbaycanda turizmin inkişafında gənclərin rolu” mövzusunda keçirilən dərs İçərişəhərdə təşkil edilib. UNEC-in "Xarici dil - 2" kafedrasının gənc müəllimi Aynur Mirzəyeva “role play” metodundan istifadə edərək tələbələri bələdçi və turist qrupuna bölüb. “Bələdçi” tələbələr “turistlərə” ingilis dilində İçərişəhərin tarixi abidələri, adət-ənənələri barədə geniş məlumat verib. A.Mirzəyeva bu metodun tələbələrin xarici dildən istifadə edərkən qarşılaşdıqları bəzi baryerlərin aradan qaldırılmasında kömək olacağını bildirib.

*

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR