A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Tələbə baharı” festivalının qalibi olublar. Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin tələbəsi Aslan Əzimzadə vokal, Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Rəhilə Məmmədzadə isə xalq mahnıları nominasıyası üzrə ilk yerin sahibi olublar.

Əmtəəşünaslıq fakültəsinin tələbəsi Cümşüd Kərimli xalq mahnıları nominasiyasında II yerə layiq görülüb. UNEC-in Yaradıcılıq Mərkəzinin rəqs ansamblı isə III yeri qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təsis etdiyi diplom və xatirə hədiyyələri təqdim edilib.

Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir.

AzTV-nin hazırladığı “Tələbə dünyası” verilişinin Aslan Əzimzadəyə həsr edilən hissəni təqdim edirik:

*

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay