A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin 93 illiyinə həsr olunan “UNEC Liga” fakültələrarası intellektual çempionatının final mərhələsi keçirilib.

Finalda 16 komanda arasında gərgin keçən oyunun qalibi "Finance United" (Maliyyə və mühasibat fakültəsi) komandası olub. II yerə "SABAH Legends" (SABAH), III yerə isə "SABAH Finance" (SABAH) komandaları çıxıb.

Qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd:

“UNEC Liga” fakültələrarası intellektual çempionatı “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (İTEFY) təşkilatçılığı, “Azərbaycan İntellektual Oyunlar Klubu” (AİOK) və “Reduco” Tuition Center-in tərəfdaşlığı ilə UNEC-in 11 fakültəsinin komandaları arasında keçirilib. Aprelin 3-da keçirilən “Nə? Harada? Nə zaman?” formatlı seçim turunda yüksək nəticə göstərən 16 komanda “Breyn Rinq” formatında keçirilən final mərhələsində qalibiyyət uğrunda mübarizə aparıblar.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR