A

Mayın 11-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan tələbə elmi konfransı keçirilib.

“Yeni qlobal çağırışlar və davamlı inkişaf” mövzusunda keçirilən konfrans UNEC Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Araşdırma Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.Fakültə dekanı Mənsur Barxudarov konfransın əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin təşkil olunmasının gənclərin elmi fəaliyyətə maraqlarını daha da artırdığını qeyd edib. M.Barxudarov konfransın mövzusunun aktuallığını da diqqətə çatdırıb.Konfransın əsas çağırış aspektləri qlobal iqtisadi böhran, regional inkişafdaki dəyişiklik, iqlim dəyişikliyinin davamlı iqtisadi inkişafa təsiri, dünya bazarında neftin qiymət dəyişikliyinin neft ixrac edən ölkələrə təsiri kimi müəyyən edilib.Konfrans plenar iclaslar üzrə fəaliyyətini davam etdirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay