A

“Bank of Baku” ASC Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 20 ədəd masaüstü “Grand Bazaar” oyununu hədiyyə edib. Hər iki qurum arasında həyata keçirilən əməkdaşlığa uyğun olaraq universitetə təqdim edilən oyun SABAH qrupları nəzdində fəaliyyət göstərən “Bank işi” laboratoriyası üçün nəzərdə tutulub.

Oyunun əsas prinsipi qiymətli daşların (sapfir, yaqut və zümrüd) ticarəti ilə ilkin kapitalı artırmaqdır. Oyun 2 nəfərdən 7 nəfərə qədər iştirakçının bir masa ətrafında toplaşmasına və onların orta əsrlərə səyahət edərək, özlərini tacir kimi hiss etməyə imkan yaradır.

Ölkəmizdə ilk yerli orijinal oyun hesab edilən “Grand Bazaar”ın müəllifi Sənan Mahmudovdur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay