A

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev Macarıstanın Dunaujvaros Universitetində olub.

Avropa Komissiyasının Erasmus+ mübadilə proqramı çərçivəsində Dunaujvaros Universitetində olan A.Rzayev tələbələrə “Geoiqtisadiyyat” mövzusunda mühazirələr oxuyub.Səfər çərçivəsində Anar Rzayev Dunaujvaros Universitetinin idarəçiliyi və biznes strukturları ilə əməkdaşlığın uğurlu təcrübəsi və metodları ilə yaxından tanış olub.Qeyd edək ki, UNEC-lə Dunaujvaros Universiteti arasında birgə elmi təqdiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlıq məqsədilə Erasmus+ müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb. Proqram çərçivəsində Dunaujvaros Universitetinin professorları aprel ayında UNEC-in SABAH qrupunun tələbələrinə “Əmək bazarı” fənnini tədris ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR