A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nazim Cəfərov Türkiyənin İqtisadiyyat və Texnologiya Universitetində (ETÜ) beynəlxalq mübadilə proqramında iştirak edib.N.Cəfərov ETÜ-nün Beynəlxalq münasibətlər kafedrasında türkiyəli həmkarları ilə təcrübə mübadiləsi aparıb, kafedranın bakalavr və magistr proqramlarında iştırak edib. O, ETÜ-də tələbələrə “Türkiyədə Avrasiya regionunu tədqiq etmək” mövzusunda elmi seminar keçib.Türkiyədə olduğu müddət ərzində N.Cəfərov həm də müxtəlif beynəlxalq konfranslara qatılıb və mətbuatda çıxış edib. UNEC müəllimi proqram çərçivəsində Başkənd və Gazi universitetlərininvə EkoAvrasya cəmiyyətinin, eləcə də Ege Universitetinin, Dünya Azərbaycan Konqresi ilə Azərbaycan Qardaşlıq və Əməkdaşıq Cəmiyyətinin təşkil etdiyi beynəlxalq elmi tədbirlərdə Avrasiya regionuna dair elmi məruzələrlə çıxış edib. Bundan başqa, N.Cəfərov TRT Avaz telekanalının “Detay 13” ilə TRT Ankara radiosunun “Xəbər Saatı” verilişlərində iştirak edərək Avrasiya regionunda baş verən hadisələri təhlil edib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR