A

Mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 28 May Respublika Gününə həsr olunan tədbir keçirilib.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü, amma çox şərəfli və mürəkkəb bir yol keçdi. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyi qorunub saxlanıldı və daha da möhkəmləndi,vətəndaş müharibəsinin qarşısı alındı, iqtisadiyyat ağır böhrandan çıxarılaraq inkişaf yoluna qədəm qoydu.İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.Rektor bildirib ki, dövlətimizin müstəqilliyinin əbədi olmasında pedaqoji heyətin üzərinə böyük məsuliyyət düşür. Biz müstəqilliyin əbədi təminatçıları olan elmli, savadlı kadrlar yetişdirməliyik.Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb. Bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişməsi müstəqilliyimizi təhlükə altına alırdı. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu Öndərin tarixi xidmətlərindən danışan millət vəkili bu gün həmin siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini də diqqətə catdırıb.Azərbaycan tarixi kafedrasının professoru Vəkil Həsənov “Müsəlman Şərqində ilk demokratik respublika” mövzusunda məruzə ilə çıxış edib.

Sonda SABAH qruplarının tələbələri “Azərbaycan bayrağı” və “Ayağa dur, Azərbaycan” şeirlərini səsləndiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay