A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Bakı Gənclər Debat Forumu 2016: Yaz” kubokunun qalibləri sırasında yer alıblar. Universitetin SABAH qruplarının 2-ci kurs tələbəsi Sevil Hacıyeva “ən yaxşı natiq” seçilib.  “Ən yaxşı natiq” nominasiyası üzrə SABAH qruplarının eyni kurs tələbələri Günay Bağırova 2-ci yerin, Ülviyyə Axundova isə 3-cü yerin sahibi olub.Qeyd edək ki, may ayının 27-də Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən “Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC

 xəbər verir ki, tədbirdə əvvəlcə layihənin video-hesabatı təqdim olunub, forum çərçivəsində görülən işlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, layihə Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar gənclərin bu mövzuda məlumatlılığının artırılması, ölkəmizdə multikulturalizm siyasətinin dinamik inkişafı üçün zəmin yaradılmasına dəstək olmaq məqsədilə reallaşdırılıb. Layihə çərçivəsində ümumilikdə minədək gənci əhatə edən 60 təlim, 21 turnir, 5 regional forum keçirilib.

Sonda “Bakı Gənclər Debat Forumu 2016: Yaz” kubokunun qalibləri mükafatlandırılıb. Multikulturalizm ideyalarının gənclər arasında təbliğində fəallığına görə Lənkəran, Mingəçevir, Şəki, Gəncə, İsmayıllı regional debat mərkəzləri xüsusi diplomlarla təltif olunub.Forum çərçivəsində hər il mütəmadi olaraq ölkənin 11 regionunun (Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam və Sabirabad) ali təhsil müəssisələrində təlimlər, regional turnirlər keçirilir. Bu tədbirlərdə gənclər mövsüm üçün aktual olan mövzular üzrə məlumatlandırılır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR