A

Azərbayan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının növbəti iclası keçirilib.

Şura “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nın səsləndirilməsi ilə başlayıb.Daha sonra Şura üzvləri qarşıdan gələn yay imtahan sessiyasının müzakirəsinə başlayıblar. Tədris işləri üzrə prorektor, professor Damət Bağırov  sessiyaya hazırlığın vəziyyəti barədə məlumat verib. Bildirib ki, yaz semestrinin imtahan sessiyasının keçirilmə müddəti 2016-cı il iyun ayının 1-dən iyul ayının 4-dək müəyyən edilib. Bu dövr ərzində imtahanların normal təşkilini təmin etmək məqsədilə aidiyyatı struktur bölmələrinə tapşırıqlar verilib. Tapşırıqlar vaxtında icra edilib. Prorektor qeyd edib ki, hər üç tədris binasında imtahan zalları hazırlanaraq vahid şəbəkəyə birləşdirilib. Tələbələr arasında yarana biləcək sualların operativ cavablandırılması məqsədilə müəllimlərin də nəzarətçi qismində iştirakını təmin etmək üçün kafedralara tapşırıqlar verilib. Qeyd edib ki, UNEC-in qaynar xətt xidməti yüksək səviyyədə təşkli edilərək, imtahanlarda ictimaiyyətin, xüsusən də valideynlərin, KİV nümayəndələrinin və QHT-lərin iştirakı təmin ediləcək.Rektor Ə.Muradov imtahan testlərinin keyfiyyətinə xüsusi diqqət yetirildiyini, kafedra müdirləri tərəfindən onların keyfiyyətinin yoxlanıldığını bidirib. Ümumilikdə, Şura üzvləri imtahan sessiyasına hazırlığı müsbət qiymətləndiriblər.Maliyyə Departamentinin direktoru Nəsimi İsmayılov  “2015-ci ildə UNEC-də maliyyə təsərrüfat fəaliyyətinin nəticələri haqqında” məruzəsi ilə çıxış edib. Bildirib ki, 2015-ci ildə əvvəlki illərlə müqayisədə UNEC-in maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, 2014-2015-ci illərdə təhsil haqqı uçotunun dəqiq təşkili hesabına gəlirlər artıb, lüzumsuz xərclərə qənaət təmin olunub. 2015/2016-cı tədris ilinin ikinci semestrində UNEC üzrə 1500-dən çox təhsilalana ilk dəfə təqaüd təyin olunub, əvvəlki semestrlə müqayisədə təqaüd alanların sayı 494 nəfər artıb.Daha sonra magistratura pilləsində yeni standartlar layihəsi müzakirə edilib. Magistratura Mərkəzinin rəhbəri Qabil Manafov  UNEC-in təşəbbüsü ilə hazırlanan layihə haqqında məlumat verib. Bildirib ki, layihə hazırda tətbiq edilən standartlara oxşarlığı və fərqliliyi ilə seçilir. Oxşar cəhəti ondan ibarətdir ki, hazırkı magistratura pilləsində 107 kredit və iki illik təhsil sistemi saxlanılacaq. Təklif edilən layihədə aktiv tədris ilinin bir il yarımdan bir ilə endirilməsi nəzərdə tutulub. Mövcud standartlarda 2, 4, 6 və 8 kreditlik fənlər varsa, yeni layihədə bütün fənlər 6 kreditlik fənlərdir. Qəbul zamanı xarici dil imtahanı verən tələbənin magistraturada xarici dilin tədrisinə ehtiyacı olmayacaq. Yeniliklərdən ən əsası ondan ibarətdir ki, birinci tədris ilində nəzəri dərslərin keçirilməzi nəzərdə tutulubsa, ikinci tədris ilində praktikaya daha çox diqqət yetiriləcək və ona ayrılacaq vaxt iki dəfə artırılacaq.Layihə Elmi Şurada geniş müzakirə olunub. Beynəlxalq standartlar səviyyəsində hazırlanan layihənin Təhsil Nazirliyinə təqdim edilməsi təklif edilib.İclasda UNEC-in böyük Elmi Şurasının tərkibində komissiyaların yaradılması ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdən sonra qərara alınıb ki, beş komissiya yaradılsın:- Tədris və elmin vəhdəti komissiyası;- Təhsilalanlarla iş komissiyası;- Əmək bazarı ilə iş üzrə komissiya;- Sosial məsələlər komissiyası;- Attestasiya komissiyası;Şuranın iclasında UNEC-də Neyrolinqvistik Mərkəzin yaradılması ilə bağlı müzakirələr aparılıb. Bu, regionda ilk dəfə yaradılması nəzərdə tutulan kommersiya layihəsi olacaq. İctimai əsaslarla fəaliyyət göstərəcək mərkəz haqqında UNEC-in şöbə müdiri Həmid Həmidov məlumat verib. Bildirib ki, mərkəzdə iki fərqli laboratoriya nəzərdə tutulub: neyromarketinq tədqiqat labaratoriyası və test laboratoriyası. Mərkəz dövlət müəssisələrinə və özəl şirkətlərə neyromarketinq xidmətləri göstərəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay