A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə-yazar Fərahim Cəfərovun “Günahkar” kitabının təqdimatı olub.

UNEC-in İqtisadiyyat və sənaye fakültəsində keçirilən təqdimatda fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. İqtisadiyyat və sənaye fakültəsinin dekanı Asiman Quliyev bildirib ki, “Günahkar” romanı gənc yazarın ilk kitabıdır. Romanda iki tələbə qızın həyatından bəhs olunur.

Tədbirdə romandan hissələr səsləndirilərək, iştirakçıların müzakirəsinə təqdim edilib. UNEC-in professor müəllim heyəti və tələbələr əsəri yüksək qiymətləndiriblər.Kitabın redaktorları Nigar Hacızadə ilə Zülfiyyə Əliyevadır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR