A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 5 tələbəsi Fransanın Leon şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM – da (İnterational School of Business and Management) Erasmus+ mübadilə proqramı çərçivəsində təqaüdlə bir semestrlik təhsil alacaq.

Bu məqsədlə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aurelia Bouchez rəsmi tədbir keçirib. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, CEFAM-ın rəhbəri xanım Karine Chaux və Valida Mechri, tələbə və valideynlər iştirak edib.UNEC tələbələrini təbrik edən səfir üç mərhələli müsabiqənin uğurla keçdiyini bildirib. Xanım A.Bouchez tələbələrə Fransanı kəşf etməyə, mədəniyyəti ilə yaxından tanış olmağa dəvət edib və bu işdə onlara dəstək olacaqlarını bildirərək, təhsillərində uğurlar arzulayıb.Rektor, professor Ədalət Muradov son iki ildə UNEC-lə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Fransanın qədim universitetlərindən olan Montpellier Universiteti ilə aparılan ikili diplom razılaşması, Ruen Universiteti və Reims Şampan Arden Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsindən danışıb. Ə.Muradov Strasburq Universitetinin rektorunun UNEC-ə səfəri zamanı tələbələrin akademik səviyyəsindən məmnun qaldığını da diqqətə çatdırıb.

CEFAM-ın nümayəndə heyətinə seçim prosesinin şəffaf keçdiyini deyən rektor, tələbələrin Fransada UNEC-i layiqincə təmsil edəcəyinə əmin olduğunu bildirib.CEFAM-ın rəhbəri xanim Karine Chaux tələbə seçiminin Erasmus+ mübadilə proqramı çərçivəsində aparıldığını və UNEC tələbələrinin tələblərə yüksək səviyyədə cavab verdiyini qeyd edib. UNEC-lə əməkdaşlıqdan məmnun olduğunu bildirən CEFAM rəhbəri tələbələrə təhsillərində lazımı dəstəyin göstəriləcəyini və şəraitin yaradılacağını vurğulayıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR