A

Bocconi Universitetinin və London İqtisad Məktəbinin məzunu, London Biznes Məktəbinin doktorantı, London İqtisad Məktəbinin makroiqtisadiyyat və maliyyə iqtisadiyyatı müəllimi Rüstəm Cəmilov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühazirə oxuyub.

Beynəlxalq İqtisadiyyat Məktəbi və London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramında təhsil alan tələbələrin iştirak etdiyi mühazirənin mövzusu “İnkişaf etməkdə olan ölkələrin makroiqtisadi problemləri” olub.

R.Cəmilov eyni zamanda, UNEC tələbələrinə İngiltərənin və Avropanın top universitetlərinin magistratura və doktorantura səviyyəsinə qəbul qaydaları barədə ustad dərsi keçib.

UNEC tələbələri nüfuzlu universitetin müəllimindən belə mühazirələrin davamlı olmasını arzuladıqlarını bildiriblər. Tələbələr mühazirələrin Skype vasitəsilə təşkil etməsini təklif ediblər.

R.Cəmilovun mühazirəsini təqdim edirik:

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR