A

Noyabrın 28-də UNEC ilə mərkəzi Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən “Talent-Tech Consulting” Şirkəti birgə vebinar keçirəcəklər.

Azərbaycanda ilk dəfə olaraq UNEC-də keçiriləcək vebinarın mövzusu “Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları” olacaq. Vebinar iştirakçıları beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları ilə yanaşı müvafiq resurslarla tanış olacaq, karyerayönümlü məsləhətlər alacaqlar. Vebinarı şirkətin təsisçisi Mətanət Rəhimova keçəcək. İngilis dilində keçiriləcək vebinarda sonuncu kurs bakalavr, magistrant və UNEC məzunları iştirak edə bilərlər.

Vebinarın başlanma saatı: 15.00

Müddəti: 90 dəqiqə

Keçiriləcəyi yer: UNEC-in əsas tədris binası, kiçik akt zalı, otaq 211

Vebinarda iştirak etmək istəyənlər noyabrın 24-dək CV-lərini

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

elektron poçtuna göndərə bilərlər. E-mailin “subject” bölməsində “vebinar” sözünü yazmağı unutmayın. Yerlərin məhdud olması ilə əlaqədar seçilən tələbələrə zəng ediləcək.

VEBİNAR ÖDƏNİŞSİZDİR!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay