A

Azərbaycanda səfərdə olan Türkiyənin Hacettepe Universitetinin nümayəndə heyəti UNEC-də olub.

Hacettepe Universitetinin rektoru, professor Haluk Özenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov iki universitet arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Görüşdə hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları və çağdaş dünyada universitet təhsilinə dəyişən və artan tələblər istiqamətində fikir mübadiləsi aparılıb, dünya təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib.

Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Hacettepe Universitetinin rektoru H.Özen UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, bu əlaqələrin gələcəkdə daha genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR