A

Türkiyənin Haccettepe Universitetinin tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsillərini bir semestrlik UNEC-də davam etdirib. Onlar UNEC-dəki təhsillə bağlı təəssüratlarını UNEC News-a bölüşüblər.

Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Mehrac Məmmədov: “Mübadilə proqramında digər ölkələrlə yanaşı, UNEC də vardı. UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olduğu üçün təhsilimi burada davam etdirməyə qərar verdim. Bir semestrlik tədris müddətində UNEC-də peşəkar müəllimlərin bilik və təcrübəsindən yararlandım. Azərbaycanın maliyyə, vergi sistemi ilə bağlı çox faydalı məlumatlar əldə etdim. Hər iki universitetin tədris proqramları demək olar ki, eynidir. İmtahanlarımı uğurla başa vurdum. Magistr təhsilimi vətənimdə davam etdirsəm ilk seçimim UNEC olacaq!”

Maliyyə (əsas) və iqtisadiyyat (ikinci ixtisas) ixtisasları üzrə III kurs tələbəsi Ayaz Kərimov: “Mübadilə proqramında Azərbaycandan bir neçə universitet var idi. İxtisasım üzrə daha keyfiyyətli təhsil almaq məqsədilə mən UNEC-i seçdim. Hacettepe Universiteti ilə UNEC-dəki tədris metodları, müəllimlərin istifadə etdiyi elektron dərs resursları və online tələbə portalı demək olar ki, oxşardır. Türkiyədə təhsil aldığım üçün Azərbaycan iqtisadiyyatı barədə kifayət qədər məlumatım yox idi. UNEC-də bir semestrlik təhsil aldığım müddətdə peşəkar müəllimlər mənə biliklə yanaşı, fərqli düşünmək tərzi qazandırdı. UNEC-in müəllimlərinin mühazirələri, dərsi aparmaq metodları fikrimcə, buradakı ən yaxşı təcrübəm oldu. Afaq Hacıyeva, Təhmasib Əlizadə, Günay Quliyeva, Kəmalə Nəcəfova və Qənirə İbrahimovanın adlarını xüsusilə qeyd etmək istəyirəm. Onlar həm akademik, həm də sosial sahədə bir semestr boyunca mənə böyük dəstək oldular. Belə müəllimlərin tələbəsi olduğum üçün çox şanslıyam! UNEC-dəki bir semestrlik təhsilimi əla qiymətlərlə (“A”) başa vurdum”.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR