A

İyunun 3-də “UNEC İctimai Nəzarət Şurası”nın üzvləri növbəti imtahan prosesində iştirak edib.

Biznesin idarə edilməsi fakültəsində təşkil edilən imtahanlarda 150 tələbə biliyini sınayıb. İmtahanın gedişini hər qrup üzrə 2 nəzarətçi, 1 tyutor və dekanlar izləyib. Təqdim olunan 50 sualı cavablandırmaq üçün tələbələrə 1 saat 20 dəqiqə vaxt verilib.Fakültənin tələbəsi Səlvi Behbudova imtahanın təşkili, keçirilməsi zamanı tətbiq olunan test üsulundan razı qaldığını bildirib: “Bu üsul məni tam qane edir”.Türk dünyası işlətmə fakültəsində imtahan yazılı şəkildə keçirilib. Azərbaycan dili fənni üzrə təşkil edilən imtahanda tələbələrə 4 sual təqdim edilib. Sualları cavab

landırmaq üçün onlara 1 saat vaxt verilib.İmtahana nəzarət edən İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nazim Cəfərovun sözlərinə görə, yazılı üsul Türkiyənin müasir tələblərinə cavab verən imtahan sistemi nümunələrindən biridir. Bu üsulun tətbiq edildiyi müddət ərzində tələbələr istər biliyinin qiymətləndirilməsi, istərsə də obyektivlik baxımından heç bir çətinliklə üzləşməyib.“XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev Türk dünyası işlətmə fakültəsinin UNEC-də mühüm fakültələrdən biri olduğunu söyləyib: “Müşahidələrimiz göstərir ki, yüksək nəticə göstərən abituriyentlər bu fakültəyə daha çox maraq göstərirlər. Səbəb fakültədə yaradılan mühit və təhsilin keyfiyyətidir. Universitetdə ümumi imtahan ab-havası bu fakültəyə də sirayət edib. İmtahanda nizam-intizam, şəffaflıq özünü büruzə verir”.

İctimai Şuranın imtahanlara nəzarət etdiyi vaxt 146-1-3 Qaynar xəttə 6 müraciət daxil olub. Onların heç biri imtahanla bağlı olmayıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR