A

UNEC-in

Zaqatala filialında

Konstitusiya Günü qeyd olunub.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Filialın direktoru, professor

Orucəli Rzayev

Konstitusiya Gününü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xarakterizə edərək, bu günün əhəmiyyətindən bəhs edib. O, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya tərəfindən Konstitusiya layihəsinin hazırlandığını və onun ümumxalq müzakirəsinə verildiyini qeyd edib. Bildirib ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq referendumu yolu ilə böyük ruh yüksəkliyilə qəbul olunub və bununla da Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasları qoyulub.

Ümumi fənlər kafedrasının baş müəllimi Qüdrət Qırtımov “Konstitusiya cəmiyyətin demokratik dəyəridir” mövzusunda çxış edib. Q.Qırtımov Konstitusiyanın tarixi və mahiyyəti, eləcə də hüquqi əsasları barədə məlumat verib.

Tədbir Konstitusiya gününə həsr olunan videoçarxın nümayişindən sonra tələbələrin ifasında konsert proqramı ilə davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR