A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və elmi-iqtisadi araşdırmaları ilə dünyada məşhur olan «E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu» Fondu arasında elmi əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Razılaşma müqaviləsini Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,  prof. Ə.C.Muradov və «E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu» Fondunun icraçı direktoru, prof. S.V.Prixodko imzalayıblar.

Sənədə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və "E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu" Fondu elmi əməkdaşlıq Proqramını həyata keçirməyə razılıq verib. Proqram fundamental tədqiqatların bütün əsas istiqamətlərini, o cümlədən humanitar, ictimai və iqtisadi elmləri əhatə edir.

Proqrama, həmçinin Azərbaycan və Rusiya alimlərinin apardıqları birgə elmi-tədqiqat layihələrinin, seminarların, simpoziumların və digər elmi tədbirlərin, onların yekun razılaşdırılması üçün hazırlıq səfərlərinin dəstəklənməsi və digər qarşılıqlı razılaşdırılmış birgə fəaliyyətin daxil edilməsi nəzərdə tutulur. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay