A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq TEDxUNEC tədbirində çalışacaq komandanın seçimi ilə bağlı müsahibələrə başlanılıb. Sosial media vasitəsilə 200-dən çox müraciət edən könüllülər UNEC, ADA Universiteti, Qafqaz Universiteti, Tibb Universiteti, Bakı Slavyan Universitetlərinin tələbələri olub. Tələbələrin ünsiyyət qurmaq, təşkilatçılıq və komanda işində çalışmaq bacarıqları yoxlanılıb.Müsahibələrin nəticələri könüllülərə elektron poçt vasitəsilə bildiriləcək. Müsbət cavab alan TEDxUNEC könüllüləri iyul-avqust aylarında hazırlıq məşqlərində iştirak edərək, tədbirdə çıxış edənlərlə mütəmadi iş aparacaqlar. Təbliğat-təşviqat işinin təşkili də könüllülərə həvalə ediləcək.Sentyabrın 24-də keçiriləcək TEDxUNEC tədbirinin təşkilati heyətinin seçimləri ilə bağlı müsahibələr iyun ayının 14-dək davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay