A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Fransanın nüfuzlu Montpellier Universitetinin ikili diplom proqramını qazanan ilk tələbələrinin adı bəlli olub.

UNEC-də I və II kurs təhsillərini uğurla başa vuran beş tələbəsi – Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasında təhsil alan Jeyla Balayeva, Sabir İbrahimov, Ülvi Dəmirli, Əlisafa Əlizadə və Sabah Qruplarının İqtisadiyyat ixtisasında təhsil alan Elşən Tağızadə Montpellier Universitetindən rəsmi dəvət alıb. UNEC-lə Montpellier Universiteti arasında əldə edilən razılaşmaya görə, tələbələr III kurs təhsillərini Fransada alacaqlar. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra 4-cü kursdan təhsillərini UNEC-də davam etdirəcəklər.Montpellier Universitetinə dəvət məktubu alan tələbələr UNEC-in Fransada ilk elçiləri və təmsilçiləri olaraq Montpellier Universitetinin diplomunu alacaqlar. Fransada təhsil aldığı müddət ərzində onlar Montpellier Universitetinin digər tələbələri ilə eyni statusa malik olmaqla yanaşı, tələbə kartına və bütün hüquqlara sahib olacaqlar.

Qeyd: Aprelin 6-da Fransada UNEC ilə Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Razılaşmaya əsasən, hər iki universitetin tələbələri “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat” və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə UNEC və Montpellier Universitetinin diplomlarını əldə edəcəklər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR