A

Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikasının höküməti, “İqtisadi Tədqiqatlar İnsitutu” və İqtisadi Təşəbbüslər Qazaxıstan Fondunun təşkilatçılığı ilə “Yeni iqtisadi reallıq: diversifikasiya, innovasiyalar və iqtisadi biliklər” mövzusunda IX Astana İqtisadi Forumu keçirilib.

Forumda UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqatlar İnstitutunun (İAETİ) direktoru, professor Yadulla Həsənli və MBA departamentinin direktoru, dosent Nazim Hacıyev  iştirak ediblər. Forum çərçivəsində keçirilən Beyin mərkəzlərinin Regional Asiya sammitində iştirak edən Y.Həsənli “Beyin mərkəzlərinə yeni yanaşma” mövzusunda elmi məruzə ilə çıxış edib.Forum çərçivəsində UNEC əməkdaşları alimlərlə müxtəlif görüşlər keçirib, fikir mübadiləsi aparıblar. “Qazaxıstanın dövlət-özəl əməkdaşlığı mərkəzi” ilə İAETİ-u arasında əməkdaşlıq sazişi imzalanıb.

Forumda dünyanın 90-a yaxın ölkəsindən 4500-ə yaxın iştirakçı qatılıb. İlk dəfə olaraq 16 ölkədən 600 qədər jurnalist forumun gedişatını işıqlandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay