A

sia.az

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və SƏS Media Qrupun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının 23-cü ildönmünə həsr olunmuş “Qurtuluş – 23” adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə İqtisad Universtetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, deputat Şahin İsmayılov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tədbirin təşkilatçısı, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev iştirak ediblər.Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və SƏS Media Qrupunun 15 İyun Qurtuluş günü ilə bağlı birgə hazırladığı film nümayiş etdirilib.Daha sonra universitetin rektoru Ədalət Muradov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb: “Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Bu irəliləyiş əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub”.Ədalət Muradov qeyd edib ki, Ulu Öndərin xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yaranıb və vətəndaşlar milli maraqlar ətrafında birləşə bilib.Milli Məclisin komitə sədri Eldar İbrahimov Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə dövlət müstəqilliyini elan etməsindən və müstəqilliyin ilk illərində ölkədə baş verən ağır ictimai, siyasi proseslərdən bəhs edib. Bildirib ki, belə bir ağır, böhranlı vəziyyətdə xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac vardı: "Təbii ki, Respublikada hər kəs nicat yolunu dahi Öndər Heydər Əliyevdə görürdü. İnsanlar tam şəkildə dərk edirdilər ki, ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız dahi lideri Heydər Əliyevin ətrafında sıx birləşməklə üzləşdiyi problemləri aradan qaldırmaq və gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə Ulu Öndər Heydər Əliyev canından çox sevdiyi xalqının təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı sözün əsl mənasında böyük fədakarlıq idi”.E.İbrahimov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı: “Əsası qoyulan düzgün, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş hüquqi, demokratik dövlətlərdəndir"."Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ulu öndər Heydər Əliyev ölkəmizin dövlətçilik tarixinin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz buraxdı: “Nə qədər Ulu Öndərin fiziki-bioloji mövcudluğu dövründə Azərbaycan dövləti var idisə, ondan sonrakı mərhələdə də dahi şəxsiyyətin ideyaları, əməlləri var. Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli Liderin şah əsəri kimi səciyyələndiririksə, deməli, tamamilə haqlıyıq. Çünki yalnız böyük dövlət xadimlərinin qurduğu dövlət, formalaşdırdığı ideologiya uzunömürlü olur. Heydər Əliyev məhz elə o böyük dövlət xadimlərindən idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan yeni azərbaycançılıq ideologiyasının banisidir. Bu gün Ulu Öndərin qurduğu müstəqil Azərbaycan dövləti dünya siyasətində özünəməxsus yer tutub”."İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 23 illik zaman ayırır: “İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 25 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın həyatında həmin zamanın əhəmiyyətini qısa təhlil əsasında bir daha nəzərdən keçirmək zərurəti duyuruq. Çünki keçmiş siyasətimiz tariximizdir, bugünkü siyasətimiz isə gələcəyimizdir. Ona görə də gələcəyə keçmişimizlə irəliləyir, çıxardığımız nəticələrlə yeni hədəflər və uğurlu perspektiv naminə mübarizə aparırıq”.ATGTİ sədri, millət vəkili Şahin İsmayılov dünya siyasətində Heydər Əliyevin rolundan danışıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin gənclərə qayğısını xüsusi olaraq vurğulayıb, "Yurdda sülh, cahanda sülh" siyasətinin davamçısı kimi fəaliyyətini davam etdirəcəklərini bildirib.O da qeyd olunub ki, Heydər Əliyev müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında əvəzsiz rola malik siyasətçidir. Yeni nəsil Ümummilli lider Heydər Əliyevdən milli quruculuq konsepsiyasını öyrənməlidir.Sonra İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev, eləcə də maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov çıxış edərək qeyd ediblər ki, dahi şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirib. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev tədbirin yekununda çıxış edərək bildirib ki,15 iyun - Milli Qurtuluş günü ilə bağlı belə bir tədbirin keçirilməsindən məqsəd Qurtuluşa gedən yol və Qurtuluşdan sonra başlayan yol haqda gələcək nəsilləri maarifləndirməkdir: “Ulu öndər Heydər Əliyev bugünkü Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında misilsiz xidmətlər göstərib. Məhz bugünkü Azərbaycan bizlərə Ulu Öndərdən miras qalıb. O zaman böyük layihələr həyata keçirilməsəydi, peşəkar kadrlar hazırlanmasaydı, bu gün müasir Azərbaycandan danışa bilməzdik. Ulu Öndər hələ ötən əsrin 70-80-ci illərində peşəkar, işinin, vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək kadrların yetişməsində böyük xidmət göstərib. Eyni zamanda, ziyalıların, yaradıcı insanların sovet repressiya maşınından qurtulmalarına yardımçı olub”.B.Quliyev əlavə edib ki, əgər müstəqilliyimizin ilk vaxtlarında səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi gedirdisə, bu gün vətəndaş cəmiyyətinin formalaşması prosesi gedir: “O illərdə sosial, iqtisadi, siyasi çətinliklərlə üzləşən Azərbaycan bu gün müstəqil Azərbaycan kimi dünya arenasında söz sahibinə çevrilib, dünyaya yeni bir modellə təqdim olunur”.

Tədbirin sonunda YAP-ın İqtisad Universiteti üzrə ərazi ilk təşkilatına qəbul olan üzvlərə vəsiqələr təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR