A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Kazımov Quacquarelli Symonds LTD (QS) agentliyinin London şəhərində təşkil etdiyi “EduData” sammitində iştirak edib.

Sammit QS-in tədqiqat metodologiyasının açıqlanması və yeni metodların işlənib hazırlanmasına həsr olunub. ABŞ, Argentina, Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, Pakistan, Rusiya, Serbiya, Cənubi Afrika, Tayland və İngiltərinin nüfuzlu ali təhsil müəssisələrinin 170 nümayəndəsinin iştirak etdiyi sammitdə QS Stars, fənlər üzrə QS Dünya Universitetlər Reytinqinin metodologiyasında dəyişiklik etmək üçün müəyyən təkliflər müzakirə edilib.Azərbaycandan yalnız UNEC-in təmsil olunduğu sammit çərçivəsində məlumatlardan istifadə etməklə fəaliyyətin yaxşılaşdırılması, əməkdaşlığın dəstəklənməsi, ali təhsilin inkişafına reytinqlərin təsiri kimi panellər təşkil olunub və Massaçusets Texnologiya İnstitutu (MIT), Yeni Zelandiyanın Auklend Universiteti, Meksikanın Texnologico de Monterrey Universiteti, City University of Hong Kong həmçinin, İREG Reytinqlər və Mükəməllik üzrə Müşahidəçisi, Puş Gənclər təşkilatı və QS rəsmiləri ilə birgə müzakirələr aparılıb. Həmçinin, QS-in məlumat təminatçısı “Elsevier” şirkətinin universitetlərdən əldə etdiyi məlumat əsasında qurulan iş təcrübəsinin təqdimatı da keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay