A

"Müəllim Güc Mənbəyidir" layihəsi çərçivəsində növbəti addım reallaşdırılıb. Facebook sosial şəbəkəsində UNEC müəllimlərinin fəaliyyətinin təbliği üçün “Teachers of UNEC” adlı rəsmi səhifə yaradılıb.

Professor-müəllim heyətinin virtual müzakirə məkanına çevriləcək səhifədə UNEC müəllimlərinin dərsləri canlı yayımlanacaq. Həmçinin mütəmadi informasiyalarla yanaşı, KİV-də yayımlanan ekspert rəyləri də yer alacaq.

Səhifədə bütün məlumatlar #UNEC, #UNECmuellimi, #UNECTeacher, #UNECekspert açar sözləri ilə yerləşdiriləcək.

"Müəllim Güc Mənbəyidir" layihəsininməqsədi UNEC-in professor-müəllim heyətinin həm tədris, həm də ictimai-sosial sahədə aktivliyini artırmaq, müəllim peşəsinin aliliyinin təbliği, tələbələrlə müəllimlər arasında səmimi əlaqələrin yaradılmasıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay