A

UNEC müəllimlərinin redaktəsi ilə “Kommersiya elminin əsasları” kitabının üçüncü cildi işıq üzü görüb.

Rusiya Federasiyasının Kommersiya Elmləri Akademiyasının akademiki, UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının professoru Aydın Səmədov, dosenti Mehriban Səmədova və müəllimi Səbinə Muradovanın redaktə etdiyi nəşr kommersiya ixtisası üzrə təhsil alan bakalavr və magistrlər üçün nəzərdə tutulan dərs vəsaitidir. Dərslik müasir Azərbaycan iqtisadiyyatının yeni iqtisadi modelinin formalaşması şəraitində mühüm əhəmiyyət kəsb edir.

Kitabın I cildində dünyada kommersiyanın inkişafı məsələləri, müəssisənin idarəedilməsinin logistik sistemlər və innovasiya strategiyalarının əsasları araşdırılır. II cild kommersiya risklərinin idarəedilməsi sistemlərinin və kommersiya müəssisələrinin maliyyə-investisiya fəaliyyətinin idarəedilməsi metodlarının təhlilinə həsr edilib. Yeni olan III cilddə isə ölkəmizin milli iqtisadiyyatının diversifikasiyası şəraitində böyük önəm daşıyan sahibkar strukturların idarəedilməsinin əsas istiqamətləri nəzərdən keçirilib. Ayrı-ayrı fəsillərdə bilavasitə Azərbaycanda kommersiya inkişafı məsələlərinə geniş yer ayrılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay