A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Türkiyənin Sakarya Universitetinin birgə hazırladığı “Soy ağacının Genç Dalları” adlı layihə Türkiyə Respublikasının Başbakanlık Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı tərəfindan qəbul edilib.

Layihə çərçivəsində UNEC-in Türk Dünyası İşlətmə fakultəsinin iki müəllim və dörd tələbəsindən ibarət nümayəndə heyəti iyulun 18-də Sakarya Universitetinə səfər edib. Dörd gün davam edən səfər müddətində UNEC nümayəndə heyəti Sakarya Universitetinin rektoru, professor Muzaffar Elmas, professor müəllim-heyəti və yerli bələdiyyə rəhbərliyi ilə görüşlər keçirib, eləcə də İstanbulda Türk Dünyası Araşdırmaları Vəqfini və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kısıklıdakı evini ziyarət ediblər.Layihənin davamı olaraq, Sakarya Universitetinin iki müəllim və dörd tələbəsindən ibarət nümayəndə heyəti avqustun 15-də UNEC-ə səfər edib. Sakarya Universitetinin “Erasmus+”, “Farabi” və “Mövlanə” proqramları koordinatoru Nesrin Kenarın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Ş.Bayramov və dekan Fərrux Tuzcuoğlu ilə görüşüb. Görüşdə universitetlər arasında mövcud əməkdaşlığın genişləndirilməsi, xüsusilə də “Erasmus+” və “Mövlanə” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, qeyd olunan proqramlar üzrə birgə layihələrin hazırlanması barədə razılıq əldə edilib. Nümayəndə heyəti səfər müddətində Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay