A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbində xüsusi qabiliyyətə malik tələbələrin yaradıcılıq axşamı keçirilib. Tədbirdə tələbə-şairə Səbinə Qədirovanın “Mən ürəyimə gülməyi öyrətdim” adlı kitabının təqdimatı və “UNEC RES Stars” klubunun açılışı olub.

Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarovgənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında “UNEC RES Stars” klubunun əhəmiyyətindən söz açıb: “XXI əsr ali məktəblər qarşısında yeni düşüncəyə, təfəkkürə və yüksək təxəyyülünə malik tələbələr yetişdirmək tələbini qoyur. Klub Rus İqtisadiyyat Məktəbi tələbələrinin yaradıcı təxəyyülünün düzgün formalaşdırılmasında və daha da inkişaf etdirilməsində böyük rol oynayacaq”.

Rusiya Federasiyasının Azərbaycandakı səfirinin təhsil, elm və mədəniyyət üzrə müşaviri Valentin Denisov UNEC tələbələrinin yaradıcılıq qabiliyyətini yüksək qiymətləndirib: “İnsan fəaliyyətinin bütün sahələrində yaradıcı təxəyyül böyük rol oynayır. Tələbələrdə idrak proseslərinin inkişafı, xüsusilə, təfəkkür və hisslərin qarşılıqlı əlaqəsi təxəyyülün inkişaf səviyyəsindən asılıdır. UNEC tələbələrinin yaradıcılıq imkanlarının genişliyinə heyran oldum. Bu imkanlardan lazımınca və səmərəli istifadə etmək üçün Rusiya informasiya və mədəniyyət mərkəzinin bütün imkanlarından sərbəst yararlana bilərsiniz”.

V.Denisov səfirliyin Rus İqtisadiyyat Məktəbi ilə müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq edəcəklərini qeyd edib.

Yaradıcılıq axşamı tələbələrin ifasında mahnı, rəqs və bədii qiraət nümunələri ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay