A

Azərbaycan Dövlət İqtisad Universitetində “Faşistin dosyesi” filmi nümayiş olunub.

Təqdimdən öncə UNEC Yaradıcılıq Mərkəzinin  direktoru Elman Cəfərov  bildirib ki, filmin universitetdə nümayişinin əsas məqsədi ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri və soyqırım siyasətini gənclərə çatdırmaq, onları maarifləndirməkdən ibarətdir.Sənədli film erməni terrorçu,  II Dünya müharibəsi dövründə Hitler Almaniyasına köçərək faşist ordusunun tərkibində “Erməni legionunun” yaradılmasında iştirak edən, eyni zamanda terrorçu “Seqakronutyun” təşkilatının yaradıcısı Qaregin Njdenin (Qaregin Yegişeviç Ter-Arutunyan) XX əsrin əvvəllərində dinc Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımdan bəhs edir.Film tamaşaçıların böyük marağına səbəb olub.“Faşistin dosyesi”nin elmi redaktoru millət məkili, professor Musa Qasımlı, layihə rəhbəri “Vətən uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar” ictimai birliyin sədri Zərifə Əsgərova, məsləhətçi Radə Abbas, rejissor Etibar Məmmədov, direktor Büllur Cavadqızıdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR