A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistri Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanıb.

UNEC-in Türk Dünyası İşlətmə Fakultəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrı Semra Nusal 2015-cı ilin dekabrında sözügedən proqram üçün alman dilində hazırladığı “Dayanıqlı turizmin dayanıqlı rəqabət acısından dəyərləndirilməsi” mövzusunda çıxışı ilə qalib gələrək, Azad Berlin Universitetində (Freie Universität Berlin) elmi tədqiqat aparmaq hüququnu qazanıb. Semra bu müddət ərzində Almaniyanın elmi fəaliyyət üsulları ilə yaxından tanış olacaq, Almaniyanın Nümayəndələr Palatası və Azad Berlin Universitetinin professor və elmi-işçi heyətilə birgə dəyərli elmi təcrübələrə yiyələnəcək.

Təqaüd proqramına ABŞ, Böyük Britaniya, Fransa və postsovet ölkələrindən müraciət edən namizədlərdən yalniz 15 nəfəri qalib olub.

Qeyd:

Almaniya Federativ Respublikasının Berlin Nümayəndələr Palatasının Maliyyələşdirdiyi Təhsil Fondu 1994-cü ildə yaradılıb. Fond II Dünya müharibəsindən sonra Fransa, İngiltərə, ABŞ, Rusiya və Sovet birliyindəki digər dövlətlər ilə çoxşaxəli dostluq münasibətləri qurmaq və inkişaf etdirmək məqsədilə yaradılıb. “Die Studienstiftung des Abgeordnetenhauses von Berlin” gənc alim və tələbələr üçün təqaüd proqramını maliyyələşdirir. Qrantlar müxtəlif ixtisaslar üzrə akademik nailiyyətlər, aktiv ictimai fəaliyyət kimi kriteriyalar üzrə verilir. 10 ay davam edən layihə müddətində qaliblər tədqiqat sahələrini yalnız beynəlxalq perspektivdə deyil, eləcə də Berlinin ictimai, mədəni, sosial-siyasi həyatında da təcrübədən keçirirlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay